Bank Of Baku

Azərbaycanda sığorta şirkətlərinin məcmu kapitalın minimal məbləğinə qarşı tələbnamə azaldıla bilər

Azərbaycanda sığorta şirkətlərinin məcmu kapitalın minimal məbləğinə qarşı tələbnamə azaldıla bilər
# 18 sentyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri mövcud qanunvericiliklə məcmu kapitalın minimal məbləğinə qarşı tətbiq olunan tələbnamənin yüksək səviyyəsi ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına müraciətlər edib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, təqdim olunan müraciətlərdə bəzi şirkətlər məcmu kapitala və maliyyə ehtiyatlarına olan tələbin bir qədər yumşaldılması və bu sahədə güzəştlərin tətbiq ediləmisini təklif edir.

N.Xəlilov bildirib ki, bu müraciətlərin sayı artarsa, bu tələblərin azaldılması məsələsinə baxıla bilər.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üçün minimum məcmu kapital tələbi 2010-cu il yanvar ayının 1-dən 2 mln. manat təşkil edir. Bu məbləğ 2011-ci il yanvarın 1-dək 3,5 mln. manata, 2012-ci il yanvarın 1-nə isə 5 mln. manata çatdırılacaq. Yeni yaradılan sığorta şirkəti üçün isə minimum kapital tələbi 5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR