Azərbaycanda I Milli Sığorta Olimpiadası keçirilir
«APA-Economics»in məlumatına görə, olimpiadada ölkədə fəaliyyət göstərən 10 sığorta şirkətindən 30 nümayəndə iştirak edir. Nəticələri bu günün sonunda açıqlanacaq olimpiadada Moskvanın AFK Universitetinin təlim üzrə direktoru Qalina Sartan «Sığorta şirkətlərində agentlərdən ibarət komandanın yaradılması» mövzusu üzrə 3 saatlıq treninq (master-klass) keçəcək.
Tədbirin açılış mərasimində iştirak edən ASA-nın icraçı direktoru Qafar Məcidov dar profilli mütəxəssislərdə sığorta biznesi barədə ətraflı təsəvvürün yaranmasında olimpiadanın xüsusi rolunu və töhfəsini vurğulayıb. «Olimpiadada iştirak edənlərin hamısı gənclərdir. Olimpiada ilk növbədə gənc sığortaçılara mütəşəkkil bazarın birliyini isbat edir. Bununla biz Azərbaycanın iqtisadi məkanında yeni ənənələrin təməlini qoyuruq. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatının maliyyə sektoru, o cümlədən sığorta fəaliyyəti sahəsi durmadan inkişaf edir. Məhz bu olimpiadanın təşkil olunmasının əsas səbəbi kimi də gənclərin gələcəkdə sığorta sektorunda bu inkişaf tendensiyasını davam etdirməkdir», - deyə Q.Məcidov bildirib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov isə olimpiadanın ənənəvi hal alacağına və hər il təşkil olunacağına ümid etdiyini bildirib.
Tədbirdə həmçinin «AzRe» təkrarsığorta şirkəti İdarə Heyətinin sədr müavini Vüsal Abbasov da çıxış edib. Onun dediyinə görə, son 4-5 ildə Azərbaycanın sığorta bazarı yüksələn xətlə inkişaf edir: «Əsas nailiyyətlərindən biri «Sığorta fəaliyyəti haqqında» qanunun qəbul edilməsidir. Bu qanunun müvafiq maddəsində bütün sığorta şirkətlərinin rəhbər işçilərinin attestasiyadan keçməsinin icbariliyi vurğulanıb. Bu isə Azərbaycanın sığorta sektorunun inkişafı üçün daha təcrübəli və peşəkar kadrların cəlb olunmasına xidmət edir. Bundan başqa, sığorta sektoru böyüdükcə sığorta riskləri də artır. Bunun üçün sığorta şirkətləri tərəfindən mürəkkəb təkrarsığorta proqramları işlənib hazırlanmalıdır. Ümid edirəm ki, bu cür olimpiadaların nəticəsi olaraq gələcəkdə bu cür proqramların hazırlanmasında hər bir iştirakçının öz töhfəsi olacaq».
Qeyd edək ki, olimpiadanın baş sponsoru «AzRe» təkrarsığorta şirkətidir.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib