Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 52% artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 52% artıb
# 18 sentyabr 2010 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari il avqust ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,7% və ya 1,4 mlrd. manat artaraq 8,7 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-EConomics»ə verilən məlumata görə, kredit qoyuluşunun 44,2%-i dövlət, 53,7%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 72,2%-ni uzunmüddətli kreditlər təşkil edib, 4,6%-nin ödənilmə vaxtı keçib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi 22,2% artaraq 6 249,7 mln. manata, qısamüddətli kreditlərin həcmi 13,7% artaraq 2 406,5 mln. manata çatıb. Bununla yanaşı, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi 2009-cu il avqustun 1-i ilə müqayisədə 52,4% çox olub və 400 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR