Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 13% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti 13% artıb
# 20 sentyabr 2010 06:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın dövlət büdcəsinə 5 734,2 mln. manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 0,5% çox vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə vergi gəlirlərinin 36,8%-i əlavə dəyər vergisindən, 32,2%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 11,2%-i fiziki şəxslərin gəlir vergisindən, 8,1%-i aksiz vergisindən, 5,4%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Bu vaxt ərzində büdcədən 5 244,1 mln. manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 1,05% az vəsait xərclənib. Nəticədə, hesabat dövründə 490,1 mln. manat məbləğində və ya ümumi daxili məhsulun 2,1%-i qədər profisit yaranıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.

Büdcə xərclərinin 1 994,1 mln. manatı (38%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 719 mln. manatı (13,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 903,7 mln. manatı (17,2%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 33,6%-ni və ya 1 760,2 mln. manatını əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR