Bank Of Baku

«Azal Sığorta» şirkəti bu il daxilolmalarını sabit həddə saxlayacaq

«Azal Sığorta» şirkəti bu il daxilolmalarını sabit həddə saxlayacaq
# 20 sentyabr 2010 07:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkəti 2010-cu il ərzində ümumilikdə 13,5 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır ki, bu da 2009-cu ilin yekunları ilə müqayisədə eynidir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Niyazi İmanov bildirib.

N.İmanovun sözlərinə görə, şirkətin yaxın illər üçün hazırlanan strateji planına uyğun olaraq, bu il üçün daxilolmalar 13,5 mln. manat həcmində nəzərdə tutulub. «Ola bilsin ki, əlavə yeni iri müqavilələr imzalansın. Bu halda sığorta haqqının həcmində dəyişiklik ola bilər», - deyə N.İmanov bildirib.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkət 16 könüllü və 2 icbari sığorta növləri üzrə xidmət göstərir. Cari ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 10,85 mln. manat, sığorta ödənişləri isə 0,41 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR