Bank Of Baku

Azərbaycan pul bazarının iştirakçıları arasında görüş keçirilib

Azərbaycan pul bazarının iştirakçıları arasında görüş keçirilib
# 20 sentyabr 2010 07:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Banklararası Valyuta Birjasında (BBVB) pul bazarının marketmeykeri olan bankların nümayəndələri arasında görüş keçirilib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, bunların sırasında «Dəmirbank», «AGBank», «Bank Nikoil», «Standard Bank», «Paşa Bank», «Unibank», «AtaBank», «Bank Respublika», «Bank of Baku», «Turanbank» və «AFB Bank»ın təmsilçiləri olub. Görüşdə həmçinin Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak ediblər.

Görüşün ümumilikdə kredit bazarı, o cümlədən onun yeni seqmenti olan Zəmanətli Pul Bazarının (ZPB) inkişaf perspektivləri müzakirə olunub. Görüşün nəticəsində banklar ZPB-də dövriyyədə olan kreditlərin məbləğləri və müddətlərinin artırılması barədə razılığa gəlib.

Qeyd edək ki, adi kredit bazarından fərqli olaraq ZPB-də əməliyyatlar üzrə öhdəliklərin icrasının zəmanəti Mərkəzi Bank tərəfindən təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR