AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən valyuta ehtiyatlarının həcmi 738 mln. dollar və ya 14,3%, o cümlədən avqust ayında 241,2 mln. dollar və ya 4,3% artıb:
Valyuta ehtiyatlarının aprel və mayda azalması ilk növbədə dünya bazarlarında dollar/avro məzənnəsinin dinamikası ilə bağlı olub. Belə ki, avro dollara qarşı ucuzlaşdığı halda valyuta ehtiyatlarının avro tərkibinin dəyəri dollar ekvivalentində azalır. İyunda bu tendensiya dəyişib və nəticədə dollar ifadəsində olan xarici valyuta ehtiyatları artıb.