Bank Of Baku

Rusiyada qəpiklərin istehsalı dayandırılır

Rusiyada qəpiklərin istehsalı dayandırılır
# 20 sentyabr 2010 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Mərkəzi Bankı Dövlət Dumasına sorğu göndərərək, 1 və 5 qəpiklik sikkələrin istehsalının dayandırılmasının mümkünlüyü məsələsinə baxılmasını xahiş edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, buna səbəb 1 və 5 qəpiklik sikkələrin istehsalının baha başa gəlməsidir.

Rusiya Mərkəzi Bankının hesablamalarına əsasən, 1 və 5 qəpiklik sikkələrin istehsalı müvafiq olaraq 47 və 69 qəpiyə başa gəlir. Sikkələrin istehsalında istifadə edilən qiymətli metalların qiyməti isə getdikcə bahalaşır.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 1 və 5 qəpiklik sikkələrin istehsalının dayandırılması təşəbbüsü ilə iki il əvvəl də çıxış edib. amma o zaman inflyasiyanın sürətlənə biləcəyi ehtimalı ilə buna gedilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR