Bank Of Baku

Dünya maliyyə mərkəzlərinin yeni reytinqi açıqlanıb

Dünya maliyyə mərkəzlərinin yeni reytinqi açıqlanıb
# 20 sentyabr 2010 11:55 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya maliyyə mərkəzlərinin yeni reytinqi açıqlanıb. “APA-Economics”in xəbərinə görə, reytinq cədvəli Londonun “Z/Yen” tədqiqat şirkəti tərəfindən hazırlanıb.

Reytinqə ötən ilki siyahıda birinciliyi Nyu-Yorkla bölüşən London başçılıq edir. Nyu-York ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Honkonq tutur. Sonrakı üç yer də Asiya şəhərlərinə məxsusdur - Sinqapur, Tokio və Şanxay.

Rusiyanın paytaxtı Moskva cədvəlin 68-ci pilləsində - Varşava və Ər-Riyadın arasında yer alıb.

Qeyd edək ki, reytinq cədvəli tərtib olunarkən işgüzar mühit, personalın keyfiyyəti, infrastrukturun inkişaf səviyyəsi və dünya bazarlarına asan çıxış imkanları kimi amillər nəzərə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR