Bank Of Baku

«Royal Bank» daha iki beynəlxalq ödəniş sisteminə qoşulur

«Royal Bank» daha iki beynəlxalq ödəniş sisteminə qoşulur
# 20 sentyabr 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC ölkədə fəaliyyət göstərən baklar sırasında ilk dəfə olaraq Yaponiyanın JCB (Japan Credit Bureu) və Çinin CUP (China Union Payment) beynəlxalq ödəniş sistemlərinə qoşulub. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Gülşən Mustafayeva bildirib.

G.Mustafayevanın sözlərinə görə, CUP sistemi üzrə sertifikasiya prosesi yekunlaşmaq üzrədir və artıq bu il dekabr ayının 1-dən bu sistem üzrə kartların emissiyasına başlanılacaq. JCB sistemi üzrə isə sertifikasiya işləri tam yekunlaşıb və gələn il yanvar ayından müvafiq plastik kartların emissiyasına start veriləcək.

G.Mustafayeva bildirib ki, ümumilikdə 2010-2011-ci illər üzrə JCB sistemi üzrə 3 min plastik kartın (kartların 2 mini kredit, qalanı isə debet), CUP sistemi üzrə isə 5 min kartın (kartların 3 mini kredit, qalanı debet) emissiyası nəzərdə tutulub.

Xatırladaq ki, «Royal Bank» JCB və CUP sistemləri ilə yanaşı «Visa International» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin üzvüdür.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 156,814 mln. manat, depozit portfeli 69,705 mln. manat, kredit portfeli 117,397 mln. manat, məcmu kapitalı 18,868 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,639 mln. manat təşkil edib. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR