Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

Dövlət Statistika Komitəsi: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb
# 20 sentyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın 135 ölkə ilə ticarət əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə xarici ticarət dövriyyəsinin həcmi 15 516,2 mln. ABŞ dolları, o cümlədən ixrac 12 008,5 mln. dollar, idxal isə 3 507,7 mln. dollar təşkil edib. Ticarət əlaqələrinin 77,4%-i ixracın, 22,6%-i idxalın hesabına formalaşıb və nəticədə 8 500,8 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 49,5%, o cümlədən ixrac 40,5%, idxal 8,3%, müsbət saldo isə 2,2 dəfə artıb.

İdxal-ixrac əməliyyatlarının 26,7%-i İtaliya, 7,7%-i İsrail, 7%-i ABŞ, 6,9%-i Fransa, 6,6%-i Rusiya, 4,8%-i Ukrayna, 4%-i İndoneziya, 3,5%-i Çin, 3,2%-i Türkiyə, 2,6%-i Malayziya, 2,3%-i Xorvatiya, 2,1%-i Hindistan, 1,8%-i Almaniya, 1,6%-i Gürcüstan, 19,2%-i isə digər ölkələrlə aparılıb.

Qeyd edək ki, mal mübadiləsinin 91,1%-i, o cümlədən ixracın 95%-i və idxalın 77,6%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib. Sərbəst dönərli valyuta sövdələşmələrinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 53,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR