Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 36% artıb

Azərbaycanda əhalinin bank əmanətlərinin həcmi son bir ildə 36% artıb
# 20 sentyabr 2010 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 2,7 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 212,1 mln. manatı (44,6%-i) milli, 1 504,2 mln. manatı isə (55,4%-i) banklara xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 71,2% və 16,4% artıb. Həmin vəsaitlərin 76,8%-i (2,1 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin avqust ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,65 manat, 1 avroya 1,04 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,66 manat və 1,06 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR