Bank Of Baku

Azərbaycanda manatla pul bazası 29% artıb

Azərbaycanda manatla pul bazası 29% artıb
# 20 sentyabr 2010 14:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu il sentyabr ayının 1-nə 5 373,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin avqustun əvvəli ilə müqayisədə bu göstərici 1 201,5 mln. manat və ya 28,8% artıb.

Eyni zamanda cari ilin avqust ayı ərzində pul bazasında 74,1 mln. manatlıq və ya 1,4%-lik artım baş verib. Xatırladaq ki, iyulda bu göstərici 183 mln. manat və ya 3,6%, iyunda 103,8 mln. manat və ya 2,1%, mayda 56,5 mln. manat və ya 1,1%, apreldə 54,1 mln. manat və ya 1,1%, martda 243,9 mln. manat və ya 5,2%, fevralda 99 mln. manat və ya 2,2% artıb, yanvarda isə 301,9 mln. manatlıq və ya 6,2%-lik azalma müşahidə olunub. Nəticədə, pul bazası ilin əvvəlindən 512,5 mln. manat və ya 10,5% artıb.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR