Bank Of Baku

«Paşa Holdinq» həyat sığortası üzrə ixtisaslaşmış şirkət yaratmaq niyyətindədir

«Paşa Holdinq» həyat sığortası üzrə ixtisaslaşmış şirkət yaratmaq niyyətindədir
# 21 sentyabr 2010 08:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Holdinq» Şirkətlər Qrupu həyat sığortası üzrə ixtisaslaşmış şirkət təsis etmək məqsədilə müvafiq lisenziyanın alınması üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə rəsmən müraciət edib. Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, hazırda bir neçə yerli sığorta şirkəti analoji lisenziyanın alınması üçün Maliyyə Nazirliyinə rəsmən müraciət etməyə hazırlaşır: «Həmin şirkətlər bazardakı mövcud durumu araşdırır».

«Paşa Sığorta» şirkəti Satış və marketinq Departamentinin direktoru Orxan Məmmədov isə şirkətin daxilində xüsusi menecment qrupunun yaradıldığını bildirib. Hazırda bu qrup həyat sığortası üzrə ixtisaslaşmış şirkətin müvafiq sənədlərinin hazırlanması ilə məşğuldur.

O.Məmmədov həmçinin qeyd edib ki, yeni yaradılacaq şirkətin təsisçisi rolunda «Paşa Holdinq» Şirkətlər Qrupu çıxış edəcək.

Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası üzrə xidmətləri yalnız «Atəşgah Həyat Sığortası» şirkəti göstərir.

Xatırladaq ki, «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə uyğun olaraq qeyri-həyat sığortası üzrə lisenziyası olan şirkətlər həyat sığortası üzrə xidmət göstərə bilməz. Bu fəaliyyətlə yalnız ixtisaslaşmış şirkətlər məşğul olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR