Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı bəzi texnika və ərzaq məhsullarının alınması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı bəzi texnika və ərzaq məhsullarının alınması üçün tender keçirir
# 21 sentyabr 2010 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bəzi avadanlıqların (plotter, plotter üçün katric, plotter kağızı, proyektor, proyektor üçün ekran və şreyder) alınması, AMB üçün 19 litrlik balonlarda dispenser suyunun, 0,5 litrlik qablarda «Vittel» və adi suların alınması, həmçinin AMB-nin Xəzinə Departamentinin əməkdaşları üçün süd məhsullarının alınması ilə bağlı kotirovka sorğuları keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğuda birinci və ikinci lot üzrə iştirak haqqı 30 manatdır.

Sorğuda iştirak etmək istəyənlər müvafiq sənədləri sentyabr ayının 30-dək AMB-nin inzibati binasına təqdim edə bilərlər. Zərflər isə bu ilin oktyabr ayının 1-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR