Bank Of Baku

Rüfət Aslanlı: «Azərbaycan fond bazarında defolt təhlükəsi müşahidə olunmur»

Rüfət Aslanlı: «Azərbaycan fond bazarında defolt təhlükəsi müşahidə olunmur»
# 21 sentyabr 2010 09:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu il ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatlar və aktivlik ötən illə müqayisədə daha dinamikdir: «Korporativ kağızların artım tempi 2-3 dəfə artıb. Səhm bazarında isə bir qədər sabitləşmə var, baxmayaraq ki, ötən illə müqaysədə dinamika davam edir».

R.Aslanlı onu da bildirib ki, hazırda QKDK tərəfindən bazar arxitekturasının infrastrukturu və əməliyyatlarının təkmilləşdirilməsi üzrə işlər aparılır: «Artıq birja ticarəti, ticarətdən sonrakı hesablaşma və klirinq sisteminin avtomatlaşdırılması keçirilib. Bu günlərdə bu platformanın ödəniş sistemi ilə əlaqələndirilməsi istiqamətində təşəbbüsümüz başa çatacaq».

Komitə sədri onu da qeyd edib ki, bu il daha çox maliyyə sektorunda lizinq və mikromaliyyə şirkətləri aktiv nümayiş edərək əsasən istiqrazlar emissiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR