Bank Of Baku

«A-Group» sığorta şirkəti yeni aksiya keçirir

«A-Group» sığorta şirkəti yeni aksiya keçirir
# 21 sentyabr 2010 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti fəaliyyətinin 15 illiyi münasibəti ilə «Davamlılara arxalan» adlı yeni kampaniyaya başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

A.Bayramovun sözlərinə görə, aksiya çərçivəsində əkilmək üçün paytaxt sakinlərinə 10 minə yaxın çinar ağacı paylanılacaq: «Bu aksiya şirkətin 15 illik fəaliyyətinə həsr olunub və aksiyanın həyata keçirilməsi məqsədilə ağacların paylanılması üçün 25 işçi ayrılıb».

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,139 mln. manat, sığorta ödənişləri isə 3,177 mln. manat olub. Şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR