Bank Of Baku

Bakıda «Maliyyə bazarları terminlərinin izahlı Lüğəti»n təqdimatı keçirilib

Bakıda «Maliyyə bazarları terminlərinin izahlı Lüğəti»n təqdimatı keçirilib
# 21 sentyabr 2010 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə «Maliyyə bazarları terminlərinin izahlı Lüğəti»n təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı ölkənin qiymətli kağızlar bazarı, onun imkanları və potensialı haqqında emitentlər və investorlar arasında genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasının zəruriliyindən danışıb, ictimayyətin maarifləndirilməsinin Komitənin ortamüddətli inkişaf strategiyasının istiqamətlərindən birini təşkil etdiyini bildirib və bu konsepsiya çərçsivəsində görülən işlərdən məlumat verib.

Öz növbəsində tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia hazırda QKDK-da həyata keçirilən layihənin əldə etdiyi nailiyyətlərdən danışaraq, Komitə ilə gələcək əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə də onun tənzimləmə potensialının gücləndirilməsi, qiymətli kağızlar bazarına dair qanunvericiliyin Avropa Direktivlərinə uyğunlaşdırılması və ictimayyətin maarifləndirilməsi istiqamətləri üzrə davam etdiriləcəyini qeyd edib.

Təqdimetmə mərasimində qeyd olunub ki, gələcəkdə lüğətin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq.

Tədbir çərçivəsində həmçinin, «Kapital bazarları və biznes imkanları» mövzusunda jurnalistlər üçün ən yaxşı məqalə və ya teleradio süjeti müsabiqəsinə start verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR