Bank Of Baku

«DəmirBank»ın kredit portfeli son bir ildə 18% artıb

«DəmirBank»ın kredit portfeli son bir ildə 18% artıb
# 21 sentyabr 2010 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu il sentyabr ayının 1-nə 284,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,1 mln. manat və ya 18,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32 mln. manat və ya 18% artaraq 209 mln. manata, depozit portfelinin həcmi isə 97,1 mln. manat, o cümlədən əhalinin əmanətlərinin həcmi 25,8 mln. manat və ya 45,6% artaraq 82,3 mln. manata çatıb.

Qeyd edək ki, bu dövr ərzində bankın məcmu kapitalı 48 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR