Bank Of Baku

Asiya İnkişaf Bankının yüksək vəzifəli missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının yüksək vəzifəli missiyası Azərbaycana gələcək
# 21 sentyabr 2010 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının nümayəndələri Cənubi Qafqaz ölkələri üzrə turneyə hazırlaşır.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq sentyabr ayının 22-də Azərbaycana gələcək nümayəndə heyətinə Direktorlar Şurasının sədri vəzifəsini icra edən Aşok Kumar Lahiri (Ashok Kumar Lahiri) başçılıq edəcək. Yeddi nəfərdən ibarət nümayəndə heyətinə həmçinin AİB-in Azərbaycan və Gürcüstan üzrə icraçı direktoru Fil Bouen (Phil Bowen) daxildir.

Sentyabrın 26-dək davam edəcək səfərin əsas məqsədi ölkədə AİB tərəfindən icra olunan layihələrin gedişi ilə tanış olmaqdır. Səfər zamanı AİB nümayəndələri həmçinin Azərbaycanın maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, donor və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcək. Bununla yanaşı, AİB Direktorlar Şurasının təmsilçiləri Göyçay rayonuna da səfər edəcək ki, orada Bankın maliyyələşdirdiyi «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» ilə tanış olacaq. Layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası, institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.

Azərbaycana səfər başa çatdıqdan sonra AİB-in nümayəndələri sentyabrın 26-da Gürcüstana, sentyabrın 30-da isə Ermənistana səfər edəcək. Turne oktyabrın 4-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR