Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 17% genişləndirib

«Texnikabank» son bir ildə depozit portfelini 17% genişləndirib
# 21 sentyabr 2010 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il sentyabr ayının 1-nə 468,825 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin sentyabr 1-nə olan göstərici ilə müqayisədə 2,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 17% genişlənərək 211,173 mln. manat, kredit portfeli 0,5% artaraq 346,132 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 36,058 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 0,01% azalaraq 59,989 mln. manata, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,865 mln. manata çatıb.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 43,098 mln. manat, xərcləri isə 38,633 mln. manat olub. Nəticədə, bankın mənfəəti 4,465 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 58 bankomatı və 241 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR