Bank Of Baku

«Amrahbank» müştərilərə yeni əmanət növünü təqdim edib

«Amrahbank» müştərilərə yeni əmanət növünü təqdim edib
# 21 sentyabr 2010 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC müştərilərə seçdikləri müddətə uyğun olaraq yeni əmanət növünü - «Daxıl» əmanətini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əmanətin şərtlərinə əsasən, minimal məbləğ 200 manat (dollar, avro), müddəti 12-24 ay təşkil edir, maksimal məbləğ üçün məhdudiyyət isə yoxdur.

İllik faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq 13%-ə qədər hesablanır. Müştəri əmanətinin əsas məbləğini, müqavilə müddətinin yarısına kimi, istədiyi vaxt 50 manatdan (dollar, avro) az olmamaq şərti ilə artıra bilər. Bundan başqa, müştəri cari hesabına bağlı pulsuz plastik kart almaq, bankın depozit qutularından pulsuz istifadə etmək hüququna da malikdir.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 24 filialı, 18 bankomatı və 50 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR