Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları iyulda artıb

Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatları iyulda artıb
# 21 sentyabr 2010 13:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarının həcmi 2010-cu il avqust ayının 1-nə 6 315,741 mln. ABŞ dolları təşkil edib.

«APA-Economics»in Mərkəzi Bankın «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bu göstərici iyulun əvvəli ilə müqayisədə 2,6% çoxdur. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə beynəlxalq ehtiyatların həcmi 27,4% artıb.

Beynəlxalq ehtiyatların tərkibində 5 779,988 mln. dollar xarici valyutada rəsmi ehtiyat aktivləri, 535,753 mln. dollar isə xarici valyutada olan digər aktivlərin payına düşür.

Rəsmi ehtiyat aktivlərinin strukturunda 5 547,896 mln. dolları və ya 96%-i xarici valyutada ehtiyat aktivləri, 0,194 mln. dolları və ya 0,003%-i Beynəlxalq Valyuta Fondu üzrə ehtiyat mövqe, 231,898 mln. dolları və ya 4%-i Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatlar təşkil edir.

Qeyd edək ki, AMB-nin xarici valyutada ehtiyat aktivlərinin 3 787,034 mln. dolları və ya 68,3%-i digər mərkəzi banklarda, BVF-də yerləşdirilmiş vəsaitlər, 1 445,441 mln. dolları və ya 26,1%-i qiymətli kağızlar, 315,421 mln. dolları və ya 5,6%-i baş idarəsi xaricdə olan, hesabat verən banklarda yerləşdirilmiş vəsaitlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR