Bank Of Baku

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 32% artıb

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 32% artıb
# 21 sentyabr 2010 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 103,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövründəkindən 31,5% çoxdur.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ilin səkkiz ayı ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 024,7 mln. manatı (92,9%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR