Bank Of Baku

«AccessBank»ın yeni regional filialı açılıb

«AccessBank»ın yeni regional filialı açılıb
# 21 sentyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin Bərdə rayonunda filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filialın açılması ilə bankın filiallarının ümumi sayı 28-ə çatıb.

Bankın digər filialları kimi yeni filialda fiziki və hüquqi şəxslərə tam çeşidli bank xidmətləri, o cümlədən sürətli beynəlxalq və daxili pul köçürmələri, biznes və istehlak kreditlərinin verilməsi, cari və depozit hesablarının açılması, «VISA» plastik kartları, valyuta mübadiləsi və digər xidmətlər göstərilir.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR