Bank Of Baku

Azərbaycan əhalisinin aldığı istehlak mallarının həcmi 9% artıb

Azərbaycan əhalisinin aldığı istehlak mallarının həcmi 9% artıb
# 22 sentyabr 2010 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artaraq 11,298 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 91,2%-i özəl müəssisələr hesabına əldə edilib, onların tərəfindən əhaliyə 10 434,6 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, ticarət və xidmət şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 158 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 145,9 manatı (92,3%-i) özəl müəssisələrdə reallaşıb.

Qeyd edək ki, istehlak bazarı üzrə ümumi artımın 71,5%-i ticarət fəaliyyətinin, 28,5%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR