Bank Of Baku

«Günay Sığorta» bu il maliyyə zərərini 30% azaldacaq

«Günay Sığorta» bu il maliyyə zərərini 30% azaldacaq
# 22 sentyabr 2010 08:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» ASC-nin 2010-cu il ərzində toplayacağı sığorta haqlarının 0,7 mln. manat təşkil edəcəyi gözlənilir ki, bu da 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 71% azdır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş mühasibi Həlimə Əliyeva bildirib.

Bununla yanaşı H.Əliyeva qeyd edib ki, bu il ərzində şirkətin risklər üzrə ödənişlərinin həcmində də azalma müşahidə ediləcək. Belə ki, 2009-cu illə müqayisədə cari il ərzində ödənişlərin həcmi 20% azalaraq 0,6 mln. manata çatacaq.

H.Əliyeva bildirib ki, bu il şirkətin zərərinin əvvəlki ilə nisbətən 28% azalaraq 0,130 mln. manat təşkil edəcəyi pronozlaşdırılır.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalına edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR