Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Beləliklə, 2010-cu ilin yanvar-avqust ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərinin iki əsas istiqamətlərini 40% üstələyir.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında pərakəndə əmtəə dövriyyəsi 8 452,2 mln.
manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 845,8 mln. manat, əhalinin gəlirləri isə 15 832,8 mln. manat təşkil edib. Beləliklə, gəlirlər (pul ifadəsində) əsas xərclərin həcmini 4,5 mlrd. manatdan çox üstələyir ki, bu vəsait əsasən icbari və könüllü ödəmələrə və yığımlara yönəldilir.