Bank Of Baku

Gələn ay «Royal Bank»ın Müşahidə Şurasının iclası keçiriləcək

Gələn ay «Royal Bank»ın Müşahidə Şurasının iclası keçiriləcək
# 22 sentyabr 2010 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il oktyabr ayının 18-də «Royal Bank» ASC-nin Müşahidə Şurasının iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Azər Şahmərdanov bildirib.

A.Şahmərdanovun sözlərinə görə, Müşahidə Şurasının toplantısının gündəliyinə bankın nizamnamə kapitalının artırılması və digər cari məsələlərin daxil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bankın Müşahidə Şurasına yeddi üzv daxildir, Müşahidə Şurasının sədri Əli Camdır.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 156,814 mln. manat, depozit portfeli 69,705 mln. manat, kredit portfeli 117,397 mln. manat, məcmu kapitalı 18,868 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,639 mln. manat təşkil edib. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR