Bank Of Baku

Putin Rusiyanın 2011-ci ilə qədər ÜTT-yə üzv olacağına şübhə edir

Putin Rusiyanın 2011-ci ilə qədər ÜTT-yə üzv olacağına şübhə edir
# 22 sentyabr 2010 11:08 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin 2011-ci ilə qədər Ümumdünya Ticarət Təşkilatına üzv olacağına şübhə etdiyini bildirib.

APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, baş nazir bu açıqlamanı Rusiyada avtomobillərin və avtomobil hissələrinin istehsalının lokallaşdırılmasının inkişafı üzrə keçirilən müşavirədə səsləndirib.

Müşavirədə çıxış edən Rusiya iqtisadi inkişaf nazirinin müavini Oleq Savelyev deyib ki, Rusiya ÜTT-yə üzvlüklə bağlı sazişlərin şərtlərinə əsasən, avtomobillərin istehsalı rejimi ilə bağlı yeni sənədlər bu ilin sonuna qədər təcili imzalanmalıdır.

Buna cavab olaraq V.Putin Rusiyanın ÜTT-yə üzvlüyünü istədiklərini bildirib: “Ona görə də yeni şərtlərin imzalanmasıni yubatmaq lazım deyil. Amma inanmıram ki, Rusiyanın ÜTT-yə üzvlüyü 1 yanvar 2011-ci ildə baş tutsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR