Bank Of Baku

«Parabank» yeni plastik kartını təqdim edib

«Parabank» yeni plastik kartını təqdim edib
# 22 sentyabr 2010 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə «Visa» beynəlxalq ödəniş sisteminin «Visa Virtual» kart məhsulunu təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu plastik kartlar internet vasitəsilə mal və xidmətlərin haqqının ödənilməsi üçün istifadə olunur və kartlar müştərilərin pullarının yüksək dərəcədə təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub.

Bu növ plastik kartlarda maqnit zolağı və PIN-kod olmadığından, kartlar bankomatlarda və POS-terminal qurğularında istifadə edilmir. Kart debet rejimində işlədiyinə görə yalnız karta təhkim edilmiş hesaba qabaqcadan yerləşdirilən vəsait xərclənilir, ödəmədən sonra isə balansı sıfır qalıqla da saxlamaq olar.

Virtual kartda digər kartlarda olduğu kimi universal və təkrarsız 16 işarəli nömrə, kart sahibinin adı, kartın qüvvədəolma müddətinin bitəcəyi tarix, habelə «InterCard»ın üz tərəfində göstərilən xüsusi üç işarəli CVV2 kodu var.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 102,942 mln. manat, depozit portfeli 59,651 mln. manat, kredit portfeli 69,093 mln. manat, məcmu kapitalı 13,420 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 17 bankomatı və 125 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR