Bank Of Baku

«Bank Standard»da «Keyfiyyət düyməsi» sistemi tətbiq olunub

«Bank Standard»da «Keyfiyyət düyməsi» sistemi tətbiq olunub
# 22 sentyabr 2010 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC Azərbaycanda ilk dəfə «Keyfiyyət düyməsi» sistemini tətbiq edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xidmətin keyfiyyətinin müştərilər tərəfindən qiymətləndirilməsinə imkan verən bu müasir sistem ilkin mərhələdə baş ofis və «Arena» filialında tətbiq olunub. «Keyfiyyət düyməsi» vasitəsilə müştərilər onlara bankda göstərilən xidmətə qiymət verib, həmin xidmətin keyfiyyətinə nəzarət prosesində bilavasitə iştirak edəcəklər. Yaxın zamanda sistem «Bank Standard»ın digər filiallarında da tətbiq olunacaq.

İkidüyməli kiçik paneldən ibarət olan «keyfiyyət düyməsi» hər əməliyyatçının qarşısında masa üzərində quraşdırılıb. Panel üzərindəki yaşıl və ya qırmızı düyməni seçməklə müştəri ona xidmət göstərən bank əməkdaşının işinə müvafiq olaraq müsbət və ya mənfi qiymət verə bilər.

Qiymətləndirmənin nəticələrinə əsasən, əməliyyatçıların reytinqi tərtib edilib filialın direktoruna, habelə bankın rəhbərliyinə təqdim olunacaq. «Bank Standard»ın Pərakəndə biznes Departamenti tərəfindən hazırlanan bu sistem bankda xidmət səviyyəsini yüksəltməyə və onun keyfiyyətinə daha obyektiv nəzarəti təmin etməyə yönəldilib.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR