Bank Of Baku

«A-Group» sığorta şirkətinin bu il 1 mln. manat mənfəət əldə edəcəyi gözlənilir

«A-Group» sığorta şirkətinin bu il 1 mln. manat mənfəət əldə edəcəyi gözlənilir
# 22 sentyabr 2010 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin daxilolmalarının həcminin 2010-cu ilin sonunda 7 mln. manata çatacağı gözlənilir ki, bu da ötən ilin yekunları ilə müqayisədə 3,2% azdır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Anar Bayramov bildirib.

A.Bayramovun sözlərinə görə, artıq bu ilin yanvar-iyul aylarında şirkət tərəfindən 3,5 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azdır.

A.Bayramov bildirib ki, bu il də ənənəvi olaraq şirkətin sığorta haqlarının strukturunda «Tibbi sığorta»nın əsas paya malik olacağı gözlənilir.

Bu ilin yekunları əsasında şirkətin 1 mln. manat həcmində mənfəət əldə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 5,139 mln. manat, sığorta ödənişləri isə 3,177 mln. manat olub. Şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR