Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 2 dəfə artıb
# 22 sentyabr 2010 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın rezident və qeyri-rezidentləri tərəfindən 139 ölkə ilə aparılmış ticarət əməliyyatlarının ümumi həcmi 17 971 361,7 min ABŞ dolları təşkil edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 44,8% artıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədən 13 948 827,6 min dollar dəyərində 1 822 adda mal ixrac, 4 022 534,2 min dollar dəyərində 5 533 adda mal isə idxal olunub, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 9 926 293,4 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 62,5%, idxal 5,2%, müsbət saldo isə 2,1 dəfə artıb.

Hesabat dövründə ölkəyə 19 896,1 min dollar dəyərində 1 772,8 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olub ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə yardımın dəyəri 11,4%, həcmi isə 2,1 dəfə artıb.

Eyni zamanda, müvəqqəti ixrac rejimində hesabat dövründə Azərbaycandan 257 711,6 min dollar dəyərində mal ixrac edilib, 256 381,3 min dollar dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR