Bank Of Baku

Dövlət Müəssisələrində Korporativ İdarəetmə Qaydalarının Azərbaycan dilinə verisyasının təqdimatı keçirilib

Dövlət Müəssisələrində Korporativ İdarəetmə Qaydalarının Azərbaycan dilinə verisyasının təqdimatı keçirilib
# 23 sentyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyası (IFC - Dünya Bankı Qrupunun üzvü) ilə əməkdaşlıq çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlətə Məxsus Müəssisələrdə Korporativ İdarəetmə Qaydalarının Azərbaycan dilinə tərcümə edilmiş versiyasının təqdimatı keçirilib.

«APA-Economics»in məlumatına görə, Azərbaycan dilinə tərcümə olunan qaydalar İƏİT-in, həmçinin IFC və Dünya Bankının dəstəyi ilə nəşr edilib. Bu qaydaların Azərbaycan dilinə tərcüməsinin və nəşrinin əsas məqsədi ölkənin dövlət müəssisələrinin korporativ idarəetmə təcrübəsini təkmilləşdirmək və dövlət səhmdar cəmiyyətlərini investorlar üçün daha cəlbedici etməkdir.

Tədbirdə IFC-nin Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin meneceri Karolina Brayt bildirib ki, dövlət müəssisələri istənilən milli iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Buna görə də, özəl sektorda korporativ idarəetmənin təkmilləşdirilməsi dövlət müəssisələrinin özlərində tətbiq etdiyi idarəetmə və dövlətin səhmdar olduğu özəl şirkətlərdə korporativ idarəetmədən çox asılıdır.

Təqdimat mərasimində İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə qeyd edib ki, dövlətə məxsus səhmdar cəmiyyətlərdə daha mükəmməl idarəetmə onların strateji və əməliyyat nəzarətinə müsbət təsir göstərəcək. Həmçinin, bu qaydaların tətbiqi müəssisənin maliyyə və sosial fəaliyyət göstəricilərini yaxşılaşdıracaq və idarəetmənin strateji məqsədlərinin icrasına yardım edəcək. «Azərbaycanın özəl sektoru korporativ idarəetmənin inkişafında böyük nailiyyətlər əldə edib. Beynəlxalq sənədin bu növ rəsmi tərcüməsi dövlət sektorunda zəruri dəyişikliklərin sürətləndirilməsi istiqamətində hökumət üçün çoxdan gözlənilən faydalı alətdir», - deyə A.Hacızadə bildirib.

Tədbirdə İƏİT-in iqtisadçısı Barış Dinçer Dövlətə Məxsus Müəssisələrdə Korporativ İdarəetmə təcrübəsinə dair Təşkilatın Qaydalarını təqdim edib.

Qeyd edək ki, İƏİT-in Dövlətə Məxsus Müəssisələrdə Korporativ İdarəetmə Qaydalarının Azərbaycan versiyası dövlət orqanlarına, dövlətin səhmdar cəmiyyətlərinə, alimlərə və KİV-ə pulsuz paylanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR