«Bank Standard» kredit məhsullarının siyahısını genişləndirib
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, biri daşınmaz əmlakın girovu, digəri isə müəssisənin zaminliyi qarşılığında verilən bu iki yeni kredit məhsulu asanlıqla əldə olunması və sadə rəsmiləşdirmə mexanizmi sayəsində qısa zaman ərzində müştərilərin böyük rəğbətini qazana bilər.
Daşınmaz əmlakın girovu qarşılığında verilən istehlak kreditinin fərqli xüsusiyyətləri arasında ilk növbədə kreditin alınma məqsədinə qoyulan məhdudiyyətlərin minimuma endirilməsini göstərmək olar. Bu kredit, istənilən istehlak məqsədi, o cümlədən, mal və ya xidmətlərin ödənilməsi, səyahət xərcləri və s. üçün sərf oluna bilər. Yeganə istisna olan avtomobil alqısı isə daha çox simvolik xarakter daşıyır («Bank Standard» öz müştərilərinə həmin məqsəd üçün daha əlverişli şərtləri olan xüsusi avtokredit təklif edir).
Daşınmaz əmlakın girov qoyulması yolu ilə verilən kredit üçün borcalanın istər şəhərdəki daşınmaz əmlakı, istərsə də şəhər kənarındakı evi girov qoyula bilər. Maksimal məbləği 30 min manat təşkil edən bu kredit 24 ay müddətinə və illik 22% dərəcəsi ilə verilir. Bu krediti almaq üçün borcalanın gəlirlərini təsdiq edən sənəd və ya üçüncü şəxs tərəfindən zaminlik tələb olunmur. Kredit borcalanın girov qoyulan əmlaka sahiblik hüququnu təsdiq edən sənəd və həmin girovun dəyərini təsdiq edən sənəd əsasında rəsmiləşdirilir.
Müəssisə və təşkilatların əməkdaşları üçün nəzərdə tutulan kreditə gəlincə isə, kredit bankın korporativ müştərilərinin işçilərinə müəssisənin rəhbərliyi ilə əldə olunan razılığa əsasən verilə bilər. Bu kreditin şərtlərinə əsasən, borcalanın zamini kimi onun işlədiyi müəssisə çıxış edir. Müəssisənin zaminliyi ilə verilən kreditin maksimal məbləği 5 min manat, müddəti 24 ay, faiz dərəcəsi isə illik 20% təşkil edir.
Kredit borcalanın gəlirləri haqqında təsdiq olunmuş arayış, işlədiyi müəssisə tərəfindən verilən zəmanət məktubu və tələb olunan digər sənədlər əsasında rəsmiləşdirilir.
Qeyd olunan hər iki kredit məhsulu yetkinlik yaşına çatmış və 6 aydan az olmayan iş stajına malik Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu yaxınlarda «Bank Standard» kredit verməkdən imtinaya əsas ola biləcək səbəblərin siyahısını açıqlayıb. Bu siyahıya sifarişçinin yaşının hər bir kredit məhsulu üçün ayrı-ayrılıqda müəyyən olunmuş yaş hədlərinə uyğun gəlməməsi, sifarişçinin gəlirlərinin krediti ödəmək üçün yetərli olmaması, həmçinin, kredit üçün müraciət edən şəxsin kredit tarixçəsinin mənfi olması daxildir.
«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO