Bank Of Baku

«Aqrarkredit» təşkilatı özəlləşdirildikdən sonra bank lisenziyası alacaq

«Aqrarkredit» təşkilatı özəlləşdirildikdən sonra bank lisenziyası alacaq
# 23 sentyabr 2010 10:07 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Aqrarkredit»in İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, əvvəllər «Aqrarkredit» təşkilatının özəlləşdirilmədən öncə bank lisenziyası almaq ideyası irəli sürülüb: «Lakin sonradan bəzi dövlət qurumları bunun əleyhinə çıxış edib. Belə ki, «Aqrarkredit»ə özəlləşdirilmədən birbaşa bank lisenziyasının verilməsi beynəlxalq bank təcrübəsinə zidd olduğu bildirilib. Bu səbəbdən də bank lisenziyası almaq üçün əvvəlcə təşkilat özəlləşdiriləcək, sonra bank lisenziyası alacaq. Artıq bu sahədə müvafiq işlər görülür», - deyə S.Kələşov bildirib.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank kredit təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari il sentyabr ayının 1-nə təşkilatın nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR