Bank Of Baku

«Turanbank» istehlak kreditləşməsinin yeni metodunu tətbiq edib

«Turanbank» istehlak kreditləşməsinin yeni metodunu tətbiq edib
# 23 sentyabr 2010 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC istehlak kreditləşməsinin yeni, daha innovativ metodunun tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu metodda kreditin güzəşt müddəti və annuitet üzrə ödənilmə şərtlərinə yeniliklər edilib. İstehlak kredit kartlarını əldə etmiş müştərilər 2 ay güzəşt müddəti əldə edirlər. Belə ki, birinci ay əldə kreditə görə faiz ödənilmir, ikinci ay yalnız istifadə edilmiş məbləğə hesablanmış faiz, üçüncü aydan etibarən isə hesablanmış faiz və əsas məbləğin 10%-i ödənilir.

Eyni zamanda, əsas məbləğin 10%-dən çoxu ödənilərsə, həmin məbləğ müştəri tərəfindən yenidən həmin güzəşt şərtləri ilə istifadə oluna bilər.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR