Bank Of Baku

«Azal Sığorta» şirkəti xidmətlərin çeşidini artırır

«Azal Sığorta» şirkəti xidmətlərin çeşidini artırır
# 23 sentyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkəti sığorta növləri siyahısına daha iki növü əlavə edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Niyazi İmanov bildirib.

N.İmanovun sözlərinə görə, «Bank risklərinin sığortası» və «İpoteka kreditlərinin sığortası» növləri əlavə edilməklə şirkətin müştərilərə təqdim etdiyi könüllü sığorta növlərinin sayı 16-ya çatdırılıb.

«İpoteka kreditlərinin sığortası» növü üzrə yalnız bankların müstəqil ipoteka proqramları çərçivəsinə verilən kreditlər sığortalanır.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkət 16 könüllü və 2 icbari sığorta növləri üzrə xidmət göstərir. Cari ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 10,85 mln. manat, sığorta ödənişləri isə 0,41 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR