Bank Of Baku

Bakı Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib

Bakı Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib
# 23 sentyabr 2010 14:16 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov bildirib ki, rəhbərlik etdiyi idarədə artıq iki ilə yaxındır “bir pəncərə” prinsipi tətbiq olunub: “Bu prinsip gömrük rəsmiləşdirilməsi prosesinin tez bir zamanda həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. İş adamları və brokerlər tələb olunan sənədləri tam şəkildə gömrük orqanına təqdim etdikləri halda, həmin prosedurun 20-30 dəqiqə ərzində başa çatdırılması mümkündür. Lakin bu işin vaxtında həyata keçirilməsi gömrük əməkdaşları ilə yanaşı, iş adamlarından da asılıdır. Belə ki, bir sıra hallarda rəsmiləşdirmə üçün tələb olunan bütün sənədlər gömrük orqanına tam şəkildə və ya vaxtında təqdim edilmədiyi üçün yükün rəsmiləşdirilməsi prosesi gecikdirilir”.

V.Novruzov onu da qeyd edib ki, gömrük rəsmiləşdirməsi prosesinin daha da təkmilləşdirilməsi, sənədlərin iş adamlarına operativ şəkildə çatdırılması üçün Bakı Baş Gömrük İdarəsində texniki-təşkilati dəyişiklik edilib: «Bunadək iş adamları sənədləri bir yerdən götürdükləri halda, sentyabrın 15-dən fiziki şəxslərin sənədləri və hüquqi şəxslərin sənədləri Bakı Gömrük İdarəsində təqdim olunacaq. Bu dəyişiklik vaxt itkisinin qarşısını almaqda iş adamlarına kömək edəcək».

Baş İdarənin rəisi onu da nəzərə çatdırıb ki, gömrük əməkdaşlarının iş adamları ilə davranışı barədə şəxsi heyət bir daha təlimatlandırılıb. Hər hansı gözlənilməz problem yaranarsa, onun dərhal aradan qaldırılması üçün idarədə fəaliyyət göstərən «qaynar xətt»ə müraciət etmək lazımdır.

Tədbirdə iş adamları POS-terminalların işindəki problem səbəbindən ödənişlərin həyata keçirilməsində ləngimələr yarandığını bildirib, bəzi iş adamları isə müəyyən maliyyə çətinliklərinin yaranması ilə əlaqədar olaraq gömrük vergi və rüsumlarının ödənilməsində onlara əlavə möhlət verilməsi barədə xahiş edib.

Bundan başqa, dəmir yolu vasitəsilə daxil olan yüklərin səbəbsiz olaraq boşdayanma hallarının qarşısının alınması üçün gömrük əməkdaşlarının istirahət və bayram günlərində də işə çıxması təklif edilib.

Öz növbəsində V.Novruzov POS-terminallarla bağlı Beynəlxalq Bankın rəhbərliyinə artıq müraciət olunduğunu və qısa müddətdə problemin həll ediləcəyini söyləyib. Maliyyə çətinliyi ilə üzləşən iş adamları ilə bağlı isə bildirib ki, onlara qanunvericiliyə uyğun qaydada möhlət verildiyi üçün bu müddətin uzadılması idarənin səlahiyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR