Bank Of Baku

«Bank Respublika» ASC «Bıstraya Poçta» sistemilə pul köçürmələrinin həcminə görə Azərbaycanda liderdir

«Bank Respublika» ASC «Bıstraya Poçta» sistemilə pul köçürmələrinin həcminə görə Azərbaycanda liderdir
# 23 sentyabr 2010 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC «Bıstraya Poçta» təcili pulköçürmə sisteminin «30 ən yaxşı tərəfdaşı» siyahısına daxil olub və Azərbaycan bankları sırasında sistem daxilində köçürmələrin həcminə görə birinci yeri tutub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Bıstraya Poçta» sistemi vasitəsilə 2010-cu ilin yanvar-avqust aylarında pul vəsaitlərinin dövriyyəsi göstəricilərinə görə «Bank Respublika» Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Tacikistan bankları sırasında, yəni sistemin 170 bank tərəfdaşı arasında 15-ci yeri tutub.

Xatırladaq ki, «Bank Respublika» «Bistraya Poçta» sistemi ilə 2006-cı ilin fevralından əməkdaşlıq edir. Bank «Western Union», «Bıstraya Poçta», «Coinstar», «PrivatMoney», «Xpress Money», «Blizko», «Allur» və «Zolotaya Korona» sistemləri ilə əməkdaşlıq edir. Bank vasitəsi ilə pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir. Köçürmə edərkən və ya alarkən müştərilər bankdan qiymətli hədiyyələr alırlar.

Qeyd edək ki, «30 ən yaxşı bank-tərəfdaşı» siyahısı bu il sentyabr ayının 15-18-də İstanbulda (Türkiyə) keçirilmiş seminarda açıqlanıb.

«Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında, səhmdar kapitalının «25% + 1 səhm» paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təmsil olunur. Bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR