Bank Of Baku

Azərbaycanda yanvar-avqust aylarında 103,06 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-avqust aylarında 103,06 mln. manat sığorta haqqı toplanıb
# 24 sentyabr 2010 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 103,06 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 30,92 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 962,207 min manat, qeyri-həyat sığortası üzrə 80,028 mln. manat, icbari sığorta növləri üzrə isə 22,068 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 251,110 min manat, qeyri-həyat sığortası üzrə 25,056 mln. manat, icbari sığorta növləri üzrə isə 5,612 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (22,127 mln. manat), «Tibbi sığorta» (17,431 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (12,992 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (10,685 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 21,5%, 16,9%, 12,6% və 10,4% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (11,556 mln. manat və ya 37,4%), «Avtonəqliyyat vasitələrinin sığortası» (9,376 mln. manat və ya 30,3%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (4,484 mln. manat və ya 14,50%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR