Bank Of Baku

Gələn həftə Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək

Gələn həftə Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək
# 24 sentyabr 2010 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn həftə ərzində Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Qafar Məcidov bildirib.

Q.Məcidovun sözlərinə görə, iclasda Şura tərəfindən ASA-nın Direktorlar Şurasının növbəti yığıncağının tarixi müəyyənləşdiriləcək. Direktorlar Şurasının iclasında isə ASA-nın Direktorlar Şurasına yeni sədrin seçilməsi məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, ASA-nın Direktorlar Şurasının iclası hər il keçirilir. İclasda üzv təşkilatların rəhbər işçilərindən bir nəfər Şuranın sədri seçilir. Hazırda Direktorlar Şurasının sədri vəzifəsini «Atəşgah» sığorta şirkəti İdarə Heyətinin sədri Azər Əliyev icra edir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 4000 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR