Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti «Ümid yeri» uşaq evində xeyriyyə aksiyası keçirib

Beynəlxalq Sığorta Şirkəti «Ümid yeri» uşaq evində xeyriyyə aksiyası keçirib
# 24 sentyabr 2010 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan sığorta bazarında aparıcı şirkətlərdən olan Beynəlxalq Sığorta Şirkəti «Ümid yeri» Uşaq Evində valideyn qayğısından məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyası keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar şirkət uşaq evinin uşaqlarını zəruri məktəb ləvazimatları və məktəbli forması ilə təmin edib.

Bununla yanaşı, «Ümid yeri» Uşaq Evinə hədiyyə olaraq, hər bir uşağa 5 min manat məbləğində təminat verən bədbəxt hadisələrdən sığorta şəhadətnaməsi təqdim olunub. Beynəlxalq Sığorta Şirkəti uşaq evini öz himayəsinə götürməyi qərara alıb.

Qeyd edək ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın ən iri sığorta şirkətlərindən biridir. Şirkət 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Hazırda şirkət fiziki və hüquqi şəxslərə 37 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR