Bank Of Baku

«DəmirBank» öz vəsaiti hesabına ipoteka kreditləşməsinə başlayıb

«DəmirBank» öz vəsaiti hesabına ipoteka kreditləşməsinə başlayıb
# 24 sentyabr 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ölkədə ipoteka kreditlərinə tələbatı nəzərə alaraq öz vəsaitləri hesabına əhaliyə ipoteka kreditləri təklif edir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqram üzrə ipoteka kreditləri yaşayış sahəsinin alınması və ya tikintisi məqsədi ilə verilir.
Bankın öz vəsaiti hesabına ipoteka kreditlərinin şərtlərinə əsasən, müştəri alınacaq yaşayış sahəsinin qiymətinin ən azı 35%-i məbləğində ilkin ödəniş etməlidir. Kreditin məbləği 25-200 min manat və ya ABŞ dolları ekvivalentində ola bilər. Bankın vəsaiti hesabına ipoteka krediti 5 il müddətinə, illik 18% dərəcəsi ilə verilir.
Xatırladaq ki, «DəmirBank» həmçinin Azərbaycan İpoteka Fondunun müvəkkil kredit təşkilatıdır və əhaliyə fond tərəfindən ayrılan maliyyə vəsaiti hesabına adi və sosial ipoteka kreditlərinin verilməsində iştirak edir.
Ümumilikdə, bütün mənbələr hesabına 2010-cu il sentyabr ayının 1-nə bankın ipoteka kreditləri portfeli 18,4 mln. manat təşkil edib.
Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR