Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini artırıb
# 24 sentyabr 2010 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2 947,4 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 30,6% artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların strukturunda IDB-nin investisiyalarının xüsusi çəkisi 0,3% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 12 layihənin icrası üçün 423 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR