Bank Of Baku

Türkiyədə büdcənin formalaşmasında parlamentlərin rolu mövzusunda simpozium keçirilir

Türkiyədə büdcənin formalaşmasında parlamentlərin rolu mövzusunda simpozium keçirilir
# 25 sentyabr 2010 09:11 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçirilən “Büdcənin formalaşmasında parlamentlərin rolu: İslam Konfransı Təşkilatı və Avropa İttifaqı ölkələrinin təcrübəsi” mövzusuna həsr olunmuş simpoziumda iştirak etmək məqsədilə Türkiyənin Afyonkarahisar şəhərində səfərdədir.

APA-nın məlumatına görə, simpoziumda büdcənin formalaşmasında parlamentlərin rolu, İKT Parlament Məclisinə və Avropa İttifaqına üzv ölkələrin təcrübəsinə nəzər salınması, büdcə hədəfləri, vergi siyasəti, maliyyə şəffaflığı kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Simpoziumda çıxış edən Z.Səmədzadə büdcənin formalaşmasında Milli Məclisin rolundan danışaraq, bu sahədə Azərbaycan parlamentinin təcrübəsini bölüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR