Bank Of Baku

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində müsbət saldo yaradılıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində müsbət saldo yaradılıb
# 27 sentyabr 2010 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanla MDB üzv olan ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmi 2010-cu ilin yanvar-iyul ayları ərzində 2,233 mlrd. ABŞ dolları, o cümlədən ixrac 1,135 mlrd. dollar, idxal 1,098 mlrd. dollar təşkil edib. Nəticədə, ticarət dövriyyəsində 37 mln. dollar həcmində müsbət saldo yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-iyul aylarına nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 32,5%, o cümlədən ixrac 63,1%, idxal olunan məhsulların həcmi isə 11,1% artıb.

Qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində 292,8 mln. dollar həcmində mənfi saldo müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR