Bank Of Baku

Azərbaycan Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının VII beynəlxalq konfransında iştirak edib

Azərbaycan Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının VII beynəlxalq konfransında iştirak edib
# 27 sentyabr 2010 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Minskdə (Belarus) Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının VII beynəlxalq konfransı keçirilib.

Azərbaycan Milli Depozit Mərkəzindən (MDM) «APA-Economics»ə verilən məlumata görə, konfrans fond bazarı iştirakçılarının məlumat təminatının inkişafında mərkəzi depozitarların rolu mövzusuna həsr edilib.

Tədbirdə Azərbaycanı MDM-in İdarə Heyətinin sədr müavini Fariz Əzizov təmsil edərək konfransın birinci plenar bölməsinə sədrlik edib. F.Əzizov «Korporativ idarəetmədə məlumat açıqlanmasının rolu» mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, Avrasiya Mərkəzi Depozitarları Assosiasiyası 2004-cü ildə təsis edilib. MDM sözügedən qurumun təsisçi üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR