Bank Of Baku

Azərbaycan «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» üzrə məsləhətçi şirkətin seçiminə dair tender keçirir

Azərbaycan «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» üzrə məsləhətçi şirkətin seçiminə dair tender keçirir
# 27 sentyabr 2010 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» üzrə məsləhətçi şirkətin seçilməsinə dair tender elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, məsləhətçi şirkət layihə çərçivəsində peşəkar mühasibat uçotu və audit üzrə təlim, təhsil və tədqiqat mərkəzi (ACPATER) üçün sertifikatlaşdırma modelinin, peşəkar təhsil standartlarının və təlim materiallarının hazırlanmasını təmin etməlidir. Tenderdə iştirak edib maraqlarını ifadə etmək istəyənlər Maliyyə Nazirliyinə cari ilin oktyabrın 1-dək müraciət etməlidir.

Qeyd edək ki, «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» Dünya Bankı, Yaponiya Höküməti (PHRD Qrantı), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO Qrantı) və Azərbaycan höküməti tərəfindən maliyyələşdiriləcək.

Əlaqə telefonu: (+994 12) 404-47-27; 404-47-16.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR